“Həzi Aslanov” stansiyasında təmir nə yerdədir? | AÇIQLAMA

 “Həzi Aslanov” stansiyasında təmir nə yerdədir?  | AÇIQLAMA
  02 Fevral 2025    Oxunub:339
Noyabrın 30-dan “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib ki, bu stansiyanın dalanı qatarların bir yoldan digərinə keçirilməsi, gecələməsi, baxış, xidmət, qulluq və kiçik həcmli təmir işləri üçün nəzərdə tutulmuş texniki sahədir.
Bəs, hazırda işlər nə yerdədir, nə vaxt yekunlaşacaq?

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinin ilkin söküntü mərhələsi yekunlaşmaq üzrədir.

Qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək
Bildirilib ki, ötən müddət ərzində dalan yolunda hərəkətin təşkili, yol, tunel, havalandırma, işarəvermə, rabitə və bir sıra digər sahələrin avadanlığı, qurğu və sistemlərinin söküntüsü işləri aparılıb:

"Həmçinin təmir və yenidənqurma işlərini aparan “Evrascon" Avropa-Asiya Tikinti Korporasiyası müayinə və təhlillər aparıb. Qrunt və qrunt sularından analizlər götürülüb, nəticələr müəyyənləşdirildikdən sonra müvafiq tikinti meydançası yaratmaq üçün metal konstruksiyalar quraşdırılacaq.

Qeyd edək ki, dalan və dalan yolları istismar dövrünün qeyri-əlverişli hidrogeoloji şəraiti səbəbindən yararsız hala düşüb, tunelin konstruktiv elementlərinə ciddi mənfi təsirlər göstərib. Bununla bağlı stansiyanın əsaslı təmiri və yenidənqurmasının gedişi barədə ətraflı və dəqiq məlumatlar təqdim ediləcək".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   metro  





Xəbər lenti