Paşinyan himnə "əl gəzdirib" - Mətn qısaldılır |
“Hayastan” fraksiyasından olan deputatlar Qeqam Manukyan və Artsvik Minasyan himnin ifasına qarşı çıxış ediblər.
Manukyan bəyan edib ki, yeni himn qanunvericilik səviyyəsində təsdiqlənməyincə parlamentdə ifa edilə bilməz. Onun sözlərinə görə, hansı himnin ifa olunacağına parlament sədrinin seçimləri ilə deyil, qanunla qərar verilməlidir.
Xatırladaq ki, Ermənistan himninə dəyişiklik edilməsi təşəbbüsü hakim “Mülki müqavilə” fraksiyasının deputatları tərəfindən irəli sürülüb və bu ideya baş nazir Nikol Paşinyan tərəfindən dəstəklənib.
Hökumət 2024-cü il noyabrın 28-də keçirilən iclasda “Ermənistan Respublikasının Dövlət himni haqqında” qanuna dəyişiklik layihəsini təsdiqləyib. Lakin parlament hələ ki, sənədi təsdiq etməyib.
Xüsusilə, himnin sonuncu misrasının dəyişdirilməsi təklif edilir. Bu zaman mətn “Xalqının azadlığı uğrunda ölən nə bəxtiyardır” sözləri ilə deyil, “Qoy Ermənistan həmişə var olsun”la bitəcək.
Tural Tağıyev
AzVision.az