The Hill: "İlk mərhələdə iki ABŞ vətəndaşı da azadlığa çıxacaq"

   The Hill:    "İlk mərhələdə iki ABŞ vətəndaşı da azadlığa çıxacaq"
  16 Yanvar 2025    Oxunub:263
İsrail ilə HƏMAS qruplaşması arasında Qəzza zolağında baş tutan atəşkəs və əsir mübadiləsi çərçivəsində ilk mərhələdə 33 nəfərlə yanaşı 2 ABŞ-İsrail vətəndaşı da qruplaşmanın əsirliyindən buraxılacaq.
"The Hill" qəzeti yazır ki, bu barədə Bayden hökumətinin ali nümayəndəsi yerli jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, HƏMAS əsirliyində saxlanılan ABŞ vətəndaşları Kit Siqel and Saqui Dekel-Çendir.

"Siqel yaşlı əsirlərdəndir. Dekel-Çen isə oktyabrın 7-də gülləyə tuş gəlib, ona görə də yaralılar arasında sayılır. Üçüncü amerikalı Eden Aleksandrın da sağ qaldığını düşünürük, amma o, hərbçidir deyə mübadilənin ikinci mərhələsində buraxılacaq. Hər halda, ABŞ onun daha tez azadlığa çıxması üçün səy göstərir", - hökumət nümayəndəsi söyləyib.
Al Jazeera: "Baydenin də, Trampın da niyyəti Qəzzada ədalət deyildi"

O həmçinin diqqətə çatdırıb ki, Qəzzada saxlanılan 4 ABŞ vətəndaşının cəsədləri isə üçüncü mərhələdə təhvil veriləcək.

Xatırladaq ki, ötən gecə İsrail və HƏMAS arasında rəsmi atəşkəs elan edilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   atəşkəs   əsir-mübadiləsi  





Xəbər lenti