Nəqliyyat və Kommunikasiya Holdinqinin Nizamnaməsi təsdiq edilib

   Nəqliyyat və Kommunikasiya Holdinqinin Nizamnaməsi təsdiq edilib
  15 Yanvar 2025    Oxunub:296
Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Nizamnaməsi nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

AzVision.az xəbər verir ki, fərmanla dövlət başçısının 2024-cü il 7 noyabr tarixli fərmanı ilə təsdiqlənmiş AZCON-un idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı”nda nəzərdə tutulan dövlət müəssisələri Holdinqin strukturuna daxil edilib.

Fərmanın müddəaları AZCON-un öz əmlakına və onun idarəetməsinə verilmiş dövlət müəssisələrinə, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinə və publik hüquqi şəxslərə münasibətdə Holdinqə tətbiq edilmir.

Nazirlər Kabineti, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi fərmandan irəli gələn məsələləri həll etməlidir.

AzVision.az



Teqlər:





Xəbər lenti