Tramp “Abraham Sazişləri” ni təzələyir

Tramp     “Abraham Sazişləri”   ni təzələyir
  15 Yanvar 2025    Oxunub:314
ABŞ-nin gələcək prezidenti Donald Trampın komandası yeni “Abraham Sazişləri” üzərində işləyir.
AzVision.az xəbər verir ki, Donald Trampın Milli Təhlükəsizlik üzrə gələcək köməkçisi Mayk Uolts Vaşinqtondakı Sülh İnstitutunda çıxışı zamanı belə deyib.

Mayk Uoltsun ABŞ-nin hazırkı prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla birgə çıxışı hakimiyyətin dinc yolla ötürülməsini nümayiş etdirən “Passing the Baton 2025 (Estafetin keçməsi 2025)” tədbiri çərçivəsində baş tutub. Tədbirdə Uolts tərəflərin Yaxın Şərqdəki vəziyyətlə bağlı daim təmasda olduqlarını vurğulayıb.

“Bizim ümumi missiyamız var - Yaxın Şərqi sabitlik yoluna qaytarmaq və “Abraham Sazişləri”nin növbəti raunduna, ya normallaşmanı, ya da siz bunu necə adlandıra biləcəyiniz vəziyyəti yaratmaq”, - Amerikanın gələcək prezidentinin gələcək müşaviri bildirib.

Co Baydenin Milli Təhlükəsizlik üzrə müşavirir, öz növbəsində, qeyd edib ki, İran hazırda tənəzzül yaşayır və ölkə daxilində nüvə silahı ilə bağlı vəziyyət ciddi narahatlıq doğurur.

- İndi diplomatiya aparmaq və danışıqların nəticələrinə nail olmaq imkanı var, lakin bu, gələn komandadan asılı olacaq”, - Ceyk Sallivan deyib.

Qeyd edək “Abraham Sazişləri” İsrail və ərəb dövlətləri arasında münasibətləri normallaşdırmaq üçün 2020-2021-ci illərdə imzalanmış bir sıra razılaşmalardır.
13 avqust 2020-ci ildə ABŞ-nin vasitəçiliyi ilə elan olunan ilk normallaşma bəyanatı yalnız İsrail-BƏƏ müqaviləsinə əsaslandı. 2020-ci il sentyabrın 11-də isə İsraillə Bəhreyn arasında razılaşmanın əldə olunduğu açqıalndı. Elə həmin sentyabrın 15-də isə ABŞ-də Ağ Evdə “Abraham Sazişləri”nin rəsmi imzalanma mərasimi keçirildi.

İkitərəfli razılaşmalar çərçivəsində həm BƏƏ, həm də Bəhreyn İsrailin suverenliyini tanıdı ki, bu da tam diplomatik münasibətlərin qurulmasına imkan verdi.

2020-ci ilin dekabrında Mərakeşin, 2021-ci ilin yanvarında isə Sudan “Abraham Sazişləri”nə qoşulması ilə Misir və İordaniya da daxil olmaqla, 6 ərəb ölkəsi İsraillə münasibətlərin normallaşdırılması prosesinə qatıldı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   "AbrahamSazişləri"   yenilənmə  





Xəbər lenti