Blinken: "İŞİD-in canlanmasına qarşı birgə işləməliyik"

      Blinken:    "İŞİD-in canlanmasına qarşı birgə işləməliyik"
  13 Dekabr 2024    Oxunub:1019
"Suriyada vəziyyətin dəyişməsi fonunda "İraq Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının yenidən aktiv fəaliyyətə keçməsinə qarşı birgə mübarizə aparmaq son dərəcə zəruridir".
Bu sözləri ABŞ Dövlət katibi Antoni Blinken türk həmkarı Hakan Fidan görüşünün yekununda mətbuata açıqlamasında dilə gətirib. O vurğulayıb ki, ABŞ sözügedən terror qruplaşmasının məhvi naminə "uzun illər" çalışıb.

"Bu təhlükənin yenidən baş qaldırmasına imkan verməmək lazımdır", - Blinken deyib.

ABŞ-nin ali diplomatı Suriyada siyasi keçid prosesi ərzində yeni qurulası hökumətin "qadınların və azlıqların hüquqlarını qorumalı olduğunu" da diqqətə çatdırıb.

"Yeni hökumət həmçinin şübhəli kimyəvi silah ehtiyatlarını aradan qaldırmaqla bağlı tədbirlər görməlidir", - o bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti