İran Əsədin köməyinə niyə gəlmədi? - “The Wall Street Journal” səbəbi açıqlayıb |
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossinin sözlərinə görə isə, İran uran istehsalında dramatik sürətlənmə nümayiş etdirir. O əlavə edib ki, bu ölkənin dörd bomba yaratması üçün kifayət qədər ehtiyatı var. Lakin bunun üçün bir ildən 18 aya qədər vaxta ehtiyac olacaq: "Qrossi vurğulayıb ki, İran tərəfi indi ölkənin daha çox təhlükəli məhsullar istehsal edə biləcəyini göstərən bir sürətlə irəliləyir".
Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.
Tural Tağıyev
AzVision.az