Azərbaycan və Andorra XİN rəhbərləri müzakirələr ediblər

Azərbaycan və Andorra XİN rəhbərləri müzakirələr ediblər
  05 Dekabr 2024    Oxunub:499
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov andorralı həmkarı İmma Tor Fausla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilir.

Onlar ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüşdə əməkdaşlığın inkişaf etdirilməsi üçün siyasi dialoqun və müntəzəm siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, tərəflər Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində bir araya gəliblər.

AzVision.az



Teqlər:





Xəbər lenti