Azərbaycanda qatarlar 11 nəfəri öldürüb

   Azərbaycanda qatarlar 11 nəfəri öldürüb
  04 Dekabr 2024    Oxunub:407
Bu ilin yanvar-noyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus dəmir yollarında qatarın qarşısına qəfil insan çıxması nəticəsində 16 toqquşma hadisəsi baş verib. Nəticədə 6 nəfər xəsarət alıb,11 nəfər həyatını itirib.
ADY-dən AzVision.az -a verilən məlumata görə, dəmir yolunda qəza hadisələri əksərən piyada və avtomobil sürücülərinin diqqətsizliyinə görə baş verir.

Qeyd olunur ki, ADY bu kimi halların qarşısının alınması üçün dəmir yolu ətrafında yerləşən məktəblərdə və yaşayış sahələrində maarifləndirmə işləri aparır, eyni zamanda, infrastrukturda təhlükəsizlik tədbirlərini gücləndirir.

"Qeyd edək ki, müasir qatarlar daha sürətli və səssizdir. Dəmir yollarından keçərkən yalnız təyin olunmuş yerlərdən və yerüstü keçidlərdən istifadə edin. Dəmir yolu xətlərinə yaxınlaşarkən sağa və sola baxın, qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam edin", - məlumatda vurğulanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti