Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib

Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib
  29 Noyabr 2024    Oxunub:325
Paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı Yasamal, Nərimanov və Xəzər rayonlarında müşavirələr keçirilib.
Bu barədə AzVision.az -a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib. Qeyd edilib ki, rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri qarlı günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar.

Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.

Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti