Ukraynalı komandir:"Hərbçilərimin 90%-i döyüşmək istəmir" |
Qeyd edək ki, Ukrayna qoşunları mütəmadi olaraq müxtəlif üsullarla, o cümlədən PUA-lar, Qərb istehsalı olan raketlər vasitəsilə Rusiya Federasiyasının sərhəd rayonlarını, xüsusən Belqorod, Bryansk, Kursk və Voronej vilayətlərindəki hərbi obyektləri atəşə tutur.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az