Tramp ordudakı 15 min transseksualı işdən çıxaracaq
Mənbənin sözlərinə görə, yeni fərman 2018-ci ilin martında Trampın birinci dövründə qəbul edilmiş əvvəlki fərmandan daha sərt olacaq. Həmin qərarı indiki prezident Co Bayden 2021-ci ilin yanvarında ləğv edib.
O zaman Donald Tramp transseksualların hərbi xidmətə getməsini qadağan etsə də, artıq xidmətdə olnaların hərbi fəaliyyətlərini davam etdirməsinə icazə vermişdi. Yeni fərman isə, hətta silahlı qüvvələrdə karyera qurmağı bacaranların da işdən çıxarılmasını təklif edir.
“Bu insanlar orduda döyüşçü çatışmazlığı olan bir vaxtda öz mövqelərini tərk etmək məcburiyyətində qalacaqlar. Yalnız Dəniz Korpusu işə qəbul standartlarına cavab verir və bu qərarın toxunacağı hərbçilərin bəziləri çox yüksək vəzifələrdədir”, - qəetin mənbəyi diqqətə çatdırıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Tramp ordu transseksuallar