The Guardian: “Moskvanın Pxenyanla yaxınlaşması Çini qorxudur”
“Çin Rusiyanı birbaşa tənqid etməyib, lakin biz hesab edirik ki, Pxenyan və Moskva arasında artan koordinasiya onları əsəbiləşdirir”, - Kurt Kempbell deyib.
Qəzetin fikrincə, belə bir yaxınlaşma Şimali Koreyanı Çinin maraqlarına zidd olan təxribatları artırmağa sövq edə bilər.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Çinin Rusiya ilə Şimali Koreya rasında əməkdaşlıqdan narazı olması barədə şayiələri Moskva və Pekin arasında münasibətlərdə çat yaratmaq cəhdi kimi qiymətləndirib.
Sahil İsgəndərov
AzVision.az