Dövlət uşaq bağçalarının sayı açıqlanıb

  Dövlət uşaq bağçalarının sayı açıqlanıb
  29 Oktyabr 2024    Oxunub:1116
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub”.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, yeni məktəbəqədər təhsil müəssisələrinin istifadəyə verilməsi təlim-tədris prosesinin daha keyfiyyətlə həyata keçirilməsinə xidmət edir:

“Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi prosesin daha keyfiyyətli aparılmasına təkan verən əsas amillərdəndir. Hazırda ölkə ərazisində 1674 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Təxminən 100 min uşaq məktəbəqədər təhsil müəssisələrində təlim-tədrisə cəlb edilib”.

AzVision.az


Teqlər:





Xəbər lenti