Nazir: "Azərbaycanda 90%-dən artıq məktəb təmirlidir"

 Nazir: "Azərbaycanda 90%-dən artıq məktəb təmirlidir"
  24 Oktyabr 2024    Oxunub:1601
"Əlavə olaraq, məktəblərin inşası və təmiri mərhələli şəkildə davam etdirilir".
AzVision.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev nazirliyin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə keçirilən "Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı"nın açılış mərasimində jurnalistlərin sualını cavablandırarkən deyib.

"Son beş ildə 600-ə yaxın təhsil müəssisəsi ya yenidən tikilib, ya əsaslı təmir olunub, ya da qəzalı vəziyyətdən çıxarılıb. Hər il təxmini 60-70 məktəbi yenidən tikirik. Təmirə ehtiyacı olan məktəblərin sayı isə yüzdür", - o bildirib.

Həmidə ibrahimova
AzVision.az


Teqlər: Əmrullayev   məktəblər   təmir  





Xəbər lenti