Gecə-gecə meri oyatdığı üçün cərimələndi

Gecə-gecə meri oyatdığı üçün cərimələndi
  16 İyul 2014    Oxunub:1007
Moraviyada şəhər administrasiyasının merini gecənin bir aləmində oyadan sakin min krona (37 avro) cərimə olunub.
AzVision.az “AzərTAc”a istinadən xəbər verir ki, qonşular musiqiyə ucadan qulaq asdıqları üçün yata bilməyən bir kişi kömək üçün polisə müraciət edib. Polisdən rədd cavabı alan sakin düz şəhər merinin evinə gedib. Yad bir adamın gecədən keçmiş bütün ailəsinin yuxusuna haram qatmasından hiddətlənən mer gecə qonağının cərimələməsinə nail olub.

Ağlı başına gəlməyən şəxs indi də cərimənin ləğv olunmasına çalışır. O, artıq məhkəməyə müraciət edib. İndi isə ictimai hüquq müdafiəçisindən yardım istəyir. Ombudsmenin müavini Stanislav Krjeçek hadisəni təhlil edərək bildirib ki, cəriməni qanunsuz saymır. “Gecə sakitliyinin” pozulması barədə işə baxmaq polisin səlahiyyətinə aiddir. Şəhər meri rəsmi şəkildə yerli polisin rəhbəri olsa da, hər halda gecələr onu narahat etməyə dəyməz.


Teqlər:





Xəbər lenti