Kansler: "Ümidvarıq ki, Sinvarın ölümü atəşkəs üçün qapı açacaq"

      Kansler:    "Ümidvarıq ki, Sinvarın ölümü atəşkəs üçün qapı açacaq"
  18 Oktyabr 2024    Oxunub:998
"HƏMAS lideri Yəhya Sinvarın öldürülməsi fonunda Qəzza zolağında atəşkəsə və israilli əsirlərin azadlığa buraxılmasına gətirib çıxara bilər".
Bu sözləri Almaniya Kansleri Olaf Şolts bu ölkəyə gələn ABŞ Prezidenti Co Baydenlə görüşü zamanı dilə gətirib.

Eyni zamanda, ölkənin xarici işlər naziri Annalena Berbok da bu hadisənin "atəşkəsə nail olmaq, əsirləri azadlığa çıxarmaq və Qəzzaya daha çox yardım göndərmək üçün dönüş nöqtəsi mahiyyəti daşıdığını" vurğulayıb.

Digər tərəfdən, Olaf Şolts ötən gün diqqətə çatdırmışdı ki, rəsmi Berlin İsrailin Qəzzada və Livanda apardığı əməliyyatlara baxmayaraq, ona hərbi dəstəyini dayandırmayacaq.
Netanyahu xüsusi təhlükəsizlik iclası keçirəcək

Xatırladaq ki, HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri Yəhya Sinvar dünən İsrail əsgərləri tərəfindən Qəzza zolağındakı Rəfəh şəhərində planlaşdırılmamış əməliyyat çərçivəsində öldürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Almaniya   İsrail   HƏMAS   münaqişə  





Xəbər lenti