Lavrov İstanbulda Hakan Fidanla görüşüb

Lavrov İstanbulda Hakan Fidanla görüşüb
  18 Oktyabr 2024    Oxunub:1038
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Lavrov Cənubi Qafqaz və Yaxın Şərqdə əməkdaşlıq məsələlərinin müzakirə olunacağı və “3+3” formatında keçiriləcək görüşdə iştirak etmək üçün dünən İstanbula gedib.

Rusiya Federasiyası və Türkiyə xarici işlər nazirləri arasında keçiriləcək görüşün təfərrüatları barədə isə hələlik məlumat verilməyib.

Bir müddət öncə Hakan Fidan bəyan etmişdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü “3+3” regional platformasının iclasına gələn Rusiya, Azərbaycan, Ermənistan və İranın xarici işlər nazirlərini qəbul edəcək.
Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Türkiyə  





Xəbər lenti