Partiya sədrinin qohumunu öldürdülər - AÇIQLAMA

Partiya sədrinin qohumunu öldürdülər - AÇIQLAMA
  15 İyul 2014    Oxunub:1174
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qohumlarının bıçaqlanması ilə bağlı məlumatlara aydınlıq gətirib.
O AzVision.az-a açıqlamasında Bakıda baş verən cinayət hadisəsi nəticəsində bir qohumunun öldüyünü, digərinin yaralandığını təsdiqləyib:
“Onlarla qan qohumluğumuz var, amma birinci dərəcədən qohum deyil. Onları normal, sakit, yaxşı insan kimi tanıyıram”.

Qeyd edək ki, iyul ayının 12-də gecə saat 04:00-da Biləcəri qəsəbəsində baş verən davada 1978-ci il təvəllüdlü Samur Həsənov mübahisə nəticəsində 1981-ci il təvəllüdlü Fərid Həsənov və onun qardaşı 1977-ci il təvəllüdlü Şəhriyar Həsənovu vurub. Samur Həsənov əvvəlcə Fərid Həsənovu boynundan tapança ilə güllələyib. Daha sonra qardaşı Şəhriyar Həsənovu bıçaqlayıb.

Öldürülən Fərid Həsənov və yaralanan Şəhriyar Həsənov Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin yaxın qohumudur.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti