Ölümdən qayıdan Al Paçino: “Orada heç nə yoxdur!”

   Ölümdən qayıdan Al Paçino:    “Orada heç nə yoxdur!”
  07 Oktyabr 2024    Oxunub:3174
“Ölmək belədir: Sən buradasan, amma burada yoxsan. Heç yerdə yoxsan. Yadında da heç nə qalmır. Ümumiyyətlə, heç nə yoxdur”. Bu sözləri məşhur aktyor Al Paçino keçirdiyi klinik ölüm halını təsvir edərkən deyib.
“Xaç atası”, “Çapıq sifət”, “İblisin vəkili” filmlərinin qəhrəmanı 2020-ci ildə COVID-ə yoluxanda ölümdən dönmüşdü. Onun nəbzi bir neçə dəqiqə ərzində tamamilə dayanmışdı.

“New York Times”a müsahibəsində aktyor deyib ki, əvvəlcə özünü çox pis hiss edib, sonra huşunu itirib və klinik ölüm keçirib. Ayılanda ətrafında qoruyucu kostyumlar geyinmiş həkimləri görüb. “Mənim ayıldığımı görəndə “o qayıtdı” dedilər. Mən həqiqətən ölmüşdüm. Hamı belə qəbul edirdi”,- aktyor bildirib.

“Oskar” lauretı klinik ölüm zamanı heç bir qaranlıq tuneldən keçməyib, işıq görməyib: “Orada heç nə yoxdur!”

Aktyor deyib ki, keçirdiyi klinik ölüm təcrübəsi onun həyat tərzinə heç bir təsir göstərməsə də, bəzi məsələlər, ilk növbədə də həyatın faniliyi haqqında düşünməyə sövq edib. O, bu haqda fikirlərini yazmağa hazırlaşdığı memurlarda geniş təsvir edəcək.

Samir Quliyev
AzVision.az


Teqlər: Ölüm   Klinik-ölüm  





Xəbər lenti