Qızı Xanım Qafarovanın ölümündən xəbərsizdir
AzVision.az xəbər verir ki, aznews.az-a açıqlamasında mərhumun anası Gövhər Xəlilovanın bildirdiyinə görə, X.Qafarovanın ölümünü, hələ də, qızına deməyiblər:
“Xanımın vəziyyəti pisləşəndə Gövhəri kəndə apardıq. Xanım istəmədi ki, balasının gözü qarşısında ölsün. Xahiş etdi ki, onu evdən çıxaraq. Biz də bu üzdən uşağı kəndə yolladıq. İndi bala anasının ölümündən xəbərsizdir. Qalmışıq belə ki, biz ona necə deyək ki, sənin anan ölüb?! Yoxdur, o, bir də gəlməyəcək! Allah heç bir balaya ana dağı göstərməsin”.
Xatırladaq ki, Xanım Qafarova xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Teqlər: