Tiktok “Sputnik”in hesablarını sildi

Tiktok “Sputnik”in hesablarını sildi
  21 Sentyabr 2024    Oxunub:273
Tiktok sosial şəbəkəsi Rusiyanın “Sputnik” dövlət agentliyinin hesablarını silib.
AzVision.az xəbər verir ki, bu barədə RT telekanalı məlumat yayıb.

Məlumata görə, 11 səhifə – “Sputnik Serbiya”, “Sputnik Afrikque”, “Sputnik Afrika”, “Sputnik Braziliya”, “Sputnik Mundo” və “Sputnik İndoneziya” və digərləri silinib.

Bundan əlavə, “Sputnik Ermənistan”, “Sputnik Belarus” kimi yaxın xarici ölkələr üçün nəzərdə tutulan 25 səhifə də deaktiv olunub.

Belə bir qərarın hansı səbəbdən verildiyi barədə məlumat verilməyib.

AzVision.az



Teqlər:





Xəbər lenti