46 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız hesab olunub

   46 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız hesab olunub
  21 Sentyabr 2024    Oxunub:334
Səsverməyə qədər və sonradan Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlər araşdırılıb, onlarla bağlı müvafiq qərarlar qəbul edilib.
Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclasında söyləyib. O bildirib ki, müxtəlif mənbələrdən ümumilikdə 21 seçki dairəsi üzrə 46 məntəqədə səsvermənin nəticələri etibarsız hesab olunub.

Belə ki, fəaliyyətlərində nöqsanlara yol verən ümumilikdə 35 seçki məntəqəsinin məntəqə seçki komissiyasının buraxılmasına qərar verilib.


AzVision.az


Teqlər:





Xəbər lenti