Azərbaycan yeyinti yağlarının istehsalını və idxalını artırır

Azərbaycan yeyinti yağlarının istehsalını və idxalını artırır
  21 Sentyabr 2024    Oxunub:329
Azərbaycanda 2024-cü ilin yanvar-avqust aylarında 26 min 164,6 ton maye bitki yağları istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1% çoxdur.
AzVision.az Caliber.Az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bundan əlavə, ölkədə 19 min 395,6 ton kərə yağı (artım 7,4%) və 30 min 645,2 ton marqarin (ötənilki göstəriciyə bərabər) istehsal olunub. Bu il sentyabrın 1-nə anbarlarda 2 min 803,9 ton maye bitki yağları, 3 min 971 ton marqarin, 51,4 ton kərə yağı məhsul olub.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, Azərbaycana süddən hazırlanmış 19 min 153,76 ton (artım 1,8 dəfə) 103 milyon 312,26 min ABŞ dolları (artım 71,4%) dəyərində kərə yağı və digər yağlar idxal edilib. Məhsul idxalının payı 0,81% (2023-cü ilin yanvar-avqust aylarında – 0,54%) təşkil edib.

Bundan əlavə, 8 ayda 131 milyon 560,48 min ABŞ dolları (artım 14%) dəyərində 110 min 211,92 ton bitki, heyvan mənşəli piylər və yağlar (artım 25,9%) idxal olunub.

Məhsul idxalının xüsusi çəkisi 1,03% (2023-cü ilin yanvar-avqust aylarında – 1,03%) təşkil edib.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti