Nazirliyi yenə aldatdılar

Nazirliyi yenə aldatdılar
  14 İyul 2014    Oxunub:891
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər dördmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq mənzilə daxil olublar. Mənzilə baxış keçirilərkən insan faktoru aşkarlanmayıb.

Əməliyyat saat 01:58-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti