Tələbə krediti üçün 54 mindən çox müraciət daxil olub

Tələbə krediti üçün 54 mindən çox müraciət daxil olub
  16 Sentyabr 2024    Oxunub:1352
Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən bu günə qədər Təhsil Tələbə Krediti almaq üçün müraciətlərin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan AzVision.az -a verilən xəbərə görə, tələbə krediti üçün ümumilikdə 54065 nəfər müraciət edilib. Onlardan 41268 nəfərə kredit verilib. 14231 nəfərə sosial, 27037 nəfərə isə standart kreditin verilməsi rəsmiləşdirilib.

Məlumata görə, müraciətlərin 917-si natamam olub, 10267 müraciətə isə imtina verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti