“Makron erməni tarixinin ən böyük düşmənlərindən biridir” - Kazaryan

   “Makron erməni tarixinin ən böyük düşmənlərindən biridir”    - Kazaryan
  16 Sentyabr 2024    Oxunub:1554
Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri, siyasi fəal Edqar Kazaryan diqqət çəkən açıqlamalar verib.
O, “Zerkalo” klubunda keçirdiyi mətbuat konfransı zamanı Fransa prezidenti Emmanuel Makronu tənqid edib.

“Azərbaycan hərbi, biz isə evakuasiya təlimləri keçiririk" - Kazaryan
Siyasətçi qeyd edib ki, Makron erməni xalqının tarixdə ən böyük düşmənlərindən biridir. Çünki Fransa prezidenti oktyabrın 6-da Praqada Qarabağın Azərbaycan ərazisi kimi tanınması ilə bağlı bəyannaməni imzalayan siyasətçilərdən biri olub. Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri baş nazir Nikol Paşinyala Şarl Mişeli də erməni xalqının düşmənləri sırasına daxil edib.

Qeyd edək ki, Kazaryan da revanşist siyasətçilərdən sayılır. O, Ermənistan rəhbərliyinə qarşı sərt açıqlamaları ilə seçilir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Makron   Erməni  





Xəbər lenti