Trampı öldürmək istəyən Rut kimdir?- VİDEO

 Trampı öldürmək istəyən  Rut kimdir?- VİDEO
  16 Sentyabr 2024    Oxunub:1648
Xəbər verdiyimiz kimi ABŞ-nin sabiq prezidenti Donald Trampa qarşı növbəti dəfə sui-qəsd cəhdi olub.
Artıq şübhəli şəxs saxlanılıb. Bu, Rayan Uesli Rut adlı şəxsdir. Xarici KİV yazır ki, Rut Rusiyanın Ukraynaya hücumundan sonra sosial şəbəkələrdə Ukraynaya aktiv şəkildə dəstəyini ifadə edirmiş.

Trampa qarşı növbəti sui-qəsd cəhdi olub
CNN yazıb ki, Rutun sosial şəbəkələrdəki paylaşımları anti-Rusiya xarakter daşıyıb: "O, 2022-ci ildə gündə onlarla paylaşım edərək Ukraynaya güclü şəkildə dəstəyini ifadə edib. Rut bu mübarizədə ölməyə hazır olduğunu yazıb. Rayan hətta paylaşımlardan birində "biz Kremli məhv etməli, yandırmalıyıq” yazıb".

Dünya gündəminə çevrilən amerikalı Facebook-da əcnəbilərə də çağırış edib. Ukraynanın qatı tərəfdarı olan Rayan hər kəsi Kiyev tərəfində müharibədə iştirak etməyə çağırıb. Rut həmçinin özünü Ukrayna hakimiyyətinin “qeyri-rəsmi əlaqələndiriçisi” də adlandırıb və Əfqanıstanda olmuş əsgərləri Ukrayna uğrunda döyüşməyə təşviq edib.

Qeyd edək ki, bu son bir neçə ayda Donald Trampa qarşı ikinci sui-qəsd cəhdidir.

Siyasətçi dünənki insidentdən sonra ABŞ Məxfi Xidmətinə, eləcə də yerli hüquq-mühafizə orqanlarına təşəkkür edib. O, Truth sosial şəbəkəsində Amerika hüquq-mühafizə orqanlarının əməkdaşlarının effektli faliyyəti ilə bağlı fikirlərini bölüşüb: “Ən əsası, mən ABŞ Məxfi Xidmətinə, Şerif Rik Bredşouya və onun cəsur, fədakar vətənpərvərlər komandasına, eləcə də bütün hüquq-mühafizə sisteminə inanılmaz işlərinə görə təşəkkür etmək istəyirəm”.

Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər:   Ukrayna   ABŞ   Tramp   Sui-Qəsd  





Xəbər lenti