“İradə Avtandilovna Zeynalova Rusiya Federasiyasının Mavrikiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, - Putinin imzaladığı sərəncamda yazılıb.
Putin digər sərəncamla Konstantin Klimovskini Rusiyanın Mavrikiyadakı səfiri vəzifəsindən azad edib.
Qeyd edək ki, Azərbaycan əsilli olan İradə Zeynalova 2003-2016-cı illərdə Birinci Kanalda aparıcı və müxbir işləyib. O, 2016-cı ildə NTV-yə keçib.

Tural Tağıyev