Dünyadakı təxribatları London koordinasiya edir - FSB

  Dünyadakı təxribatları London koordinasiya edir    - FSB
  13 Sentyabr 2024    Oxunub:1025
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Londonun beynəlxalq hərbi-siyasi vəziyyətin gərginləşməsini koordinasiya etdiyini təsdiqləyən sənədlər əldə edib.
AzVision.az xəbər verir ki, bu barədə FSB-nin mətbuat xidməti məlumat yayıb.

Yaponiya 39-cu ildə SSRİ-yə niyə hücum etməyib? - FSB məxfi məlumatlar yaydı
"Bu sənədlər göstərir ki, Böyük Britaniyada Rusiya istiqamətində təxribat siyasətinin həyata keçirilməsini koordinasiya edən əsas bölmə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Direktorluğudur. Təxribatlar təkcə Rusiya deyil, əvvəllər SSRİ-nin tərkibində olmuş ölkələrə də qarşı yönəlib. Bu qurumun Ukraynada müharibənin başlamasından sonra əsas vəzifəsi ölkəmizi strateji məğlubiyyətə uğratmaqdan ibarətdir", - məlumatda qeyd edilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   London   FSB  





Xəbər lenti