ABŞ Ermənistana dəstəyini ikiqat artırıb

   ABŞ Ermənistana dəstəyini ikiqat artırıb
  11 Sentyabr 2024    Oxunub:901
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Ermənistan arasında yardım üzrə əməkdaşlığa dair yeni saziş imzalanıb.
Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan və USAID-in İrəvandakı nümayəndəliyinin rəhbəri Con Alelonun imzaladıqları sazişə əsasən, agentliyin bu ölkəyə maliyyə həcmi 120 milyon dollardan 250 milyon dollara qaldırılıb.

Yardım ayrılan sahələr arasında fəlakət risklərinin idarəedilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf əsas yer tutur.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Ermənistan   yardım  





Xəbər lenti