Tramp: “Kamala Harris seçilsə İsrail olmayacaq"
“Əgər onlar qalib gəlsələr, İsrail olmayacaq. Sadəcə, bunu yadda saxlayın. İsraili unuda bilərsiniz, belə olacaq. Buna görə də, noyabrın 5-də onlar çıxıb Trampa səs verməlidirlər. Bunu etməsələr, məncə, vəziyyət çox pis olacaq”, - Tramp xəbərdarlıq edib.
Bununla yanaşı, Kamla Harrisi dəstəkləyən yəhudi seçiciləri də tənqid edən sabiq prezident, onlara başlarını “müayinədən keçirməyi” məsləhət görüb. O, prezident Baydeni dəstəkləyən yəhudi demokratların öz dinlərinə və İsrail haqqında hər şeyə nifrət etdiklərini bildirib. ABŞ-nin ən yüksək vəzifəli yəhudi məmuru olan Senatdakı çoxluğun lideri Çak Şumeri isə Tramp “HƏMAS-ın qürurlu üzvü” adlandırıb.
Qeyd edək ki, ABŞ-nin Respublikaçılar partiyası ənənəvi olaraq İsrail yönümlü mövqeyi ilə seçilir.
Sahil İsgəndərov
AzVision.az