İran ordusu İsraili yenidən hədələdi: Qisas alacağıq! |
Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken də İsrail-Fələstin münaqişəsi ilə bağlı diqqət çəkən açıqlamalar vermişdi. O, bildirib ki, Qəzza zolağında atəşkəs razılaşması artıq tamamlanmaq üzrədir. Blinken bütün şərtlərin 90%-inin razılaşdırıldığını söyləyib.
Xatırladaq ki, dünən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Əli Abdullahi İsraili növbəti dəfə hədələyib. O deyib: "İsrail ümid edir ki, İran HƏMAS Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyənin qətlinə cavab verə bilməyəcək. Lakin rəsmi Təl-Əviv yanılır".
Tural Tağıyev
AzVision.az