"TikTokda yatan Nikol gənclərə "axmaq olun" mesajını verir" - Manukyan

   "TikTokda yatan Nikol gənclərə "axmaq olun" mesajını verir"    - Manukyan
  05 Sentyabr 2024    Oxunub:1091
Ermənistan parlamentinin müxalifət blokundan olan deputatı Qeqam Manukyan diqqət çəkən açıqlamalar verib.
AzVision.az xəbər verir ki, o, “Kanal 5”in efirində çıxışı zamanı baş nazir Nikol Paşinyanı məqsədli şəkildə gəncliyi məhvə sürükləməkdə ittiham edib.

“Təsadüfi deyil ki, Nikol Paşinyan son vaxtlar "TikTok"dan çıxmır. Axşam adminstrasiyada oturub bu sosial şəbəkəyə girir, evinə də getmir. O, bizim cəmiyyətin hər təbəqəsi üzərində unikal və arzuolunmaz işlərini davam etdirir. Məsələn gənclərə verdiyi mesajlar bunlardır: uşaq kimi qalın, böyüməyin. Axmaq olun, gəzin kef edin, mənasız yerə hər şeydən həzz alın, velosiped sürün".

Radikal çağırışları ilə seçilən Manukyan Paşinyanın cəmiyyətin digər təbəqələri üçün də oxşar təbliğat hiyləsi işlətdiyini deyib: "Məsələn, Nikol iş günündə xaşlama yeməyə getmişdi. Hər kəs xaşlama və kabab olan sadə süfrəyə baxır. Amma masada qiyməti 25-30 min dram olan fransız arağı da peyda olmuşdu”, - deyə Manukyan bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Paşinyan  





Xəbər lenti