Vəbadan ölənlərin sayı 71% artıb - ÜST

   Vəbadan ölənlərin sayı 71% artıb -    ÜST
  05 Sentyabr 2024    Oxunub:604
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çərşənbə günü vəba hadisələrinin və ölümlərin sayının ötən il kəskin şəkildə artdığını bildirib və qarşısı alına bilən xəstəliklə mübarizə üçün daha çox iş görməyə çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin müvafiq agentliyi məlumat yayıb.

Nigeriyada vəba fəlakəti: Ölənlərin sayı 82 nəfərə çatıb
Qeyd olunur ki, 2023-cü ildə vəbadan ölümlər 71%, yoluxmalar isə 13% artıb.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom mətbuat konfransında deyib ki, ötən il vəba xəstəliyindən 4000 adam ölüb. Onun sözlərinə görə, müharibə, iqlim dəyişikliyi, təhlükəli su və kanalizasiya, yoxsulluq bütün vəba epidemiyalarının artmasına səbəb olub.

Vəbadan ən çox təsirlənən ölkələrdə əhəmiyyətli dəyişikliklər baş verib. Məlumata görə, Yaxın Şərq və Asiyada 32%, Afrikada isə 125% əhəmiyyətli sıçrayış qeydə alınıb.

Tedros bildirib ki, bu il indiyədək 342,000-dən çox hadisə və 2,400 ölüm hadisəsi baş verib, 22 ölkədə isə aktiv epidemiyalar müşahidə olunur.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   ÜST   vəba   epidemiya  





Xəbər lenti