İran ordusu İsraili yenidən hədələdi: Qisas alacağıq!

 İran ordusu İsraili yenidən hədələdi:    Qisas alacağıq!
  05 Sentyabr 2024    Oxunub:960
"İsrail ümid edir ki, İran HƏMAS Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyənin qətlinə cavab verə bilməyəcək. Lakin rəsmi Təl-Əviv yanılır".
AzVision.az İranın Press TV telekanalına istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Əli Abdullahi deyib. O, Haniyəyə qarşı təşkil olunmuş əməliyyatı vəhşilik adlandırıb.

Abdullahinin sözlərinə görə, İran artıq bir dəfə İsrailə cavab vermək üçün bütün imkanlarından istifadə edə biləcəyini sübut edib: “Lakin cavabın vaxtını ölkənin lideri ali komandanlığı müəyyən edəcək”.

Qeyd edək ki, HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə iyulun 31-i gecə saatlarında Tehrandakı iqamətgahına endirilən raket zərbəsi nəticəsində həyatını itirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti