Rusiyanın Poltavaya hücumu nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb

Rusiyanın Poltavaya hücumu nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
  04 Sentyabr 2024    Oxunub:1062
Rusiyanın Ukraynanın Poltava bölgəsinə endirdiyi zərbə nəticəsində 53 nəfər həlak olub. Yaralıların sayı isə 298 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

NYT: "Poltavanın vurulması Kiyevi ruhdan salıb"
Bildirilib ki, 25 nəfər xilas edilib, onlardan 11-i dağıntılar altından çıxarılıb. Xilasetmə işləri davam edir.

Qeyd edək ki, rus qoşunları sentyabrın 3-də Poltavaya hücum edib. Poltava vilayətində üç günlük matəm elan edilib. Bu, Rusiyanın 2024-cü ildəki ən ölümcül zərbəsi hesab olunur. Ukrayna prezidenti Vladimir Zelenski şəhərin iki ballistik raketlə vurulduğunu bildirib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, altı mərtəbəli tədris binası dağılıb, üç yaşayış binası, beş fərdi yaşayış evi və bir inzibati binaya ziyan dəyib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Ukrayna   Rusiya   müharibə  





Xəbər lenti