Karin Jan-Pyer: "Vaşinqton öz mövqeyini dəyişməyib"

   Karin Jan-Pyer:    "Vaşinqton öz mövqeyini dəyişməyib"
  04 Sentyabr 2024    Oxunub:886
ABŞ Ukraynanın Rusiya ərazisinə Amerika silahlarından istifadə etməklə zərbə endirməsinə icazə vermək ehtimalı ilə bağlı siyasətini dəyişmək niyyətində deyil.
AzVision.az xəbər verir ki, Ağ Evin “YouTube” kanalı ilə yayımlanan brifinqdə prezident administrasiyasının mətbuat katibi Karin Jan-Pyer belə deyib.

Amerika silahları ilə Rusiya ərazilərinin dərinliklərinə zərbələr endirilməsi üçün Kiyevə icazə verilməsi barədə sualın cavabında Ağ Evin təmsilçisi bu məsələdə dəyişiklik olmadığını bildirib.

“Bizim siyasətimizə gəlincə, sualınızın birinci hissəsinə cavab vermək üçün, mən nəyinsə dəyişdiyini düşünmürəm, bu siyasətin dəyişdirilməsi barədə danışmayağa hazırlaşmıram”, - Karin Jan-Pyer deyib.

Ukrayna dəfələrlə Qərb tərəfdaşlarından aldığı yüksək dəqiqlikli raketlərlə Rusiya ərazisinin dərinliklərinə endirilməsinə icazə vermələrini xahiş edib. Yazın sonunda ABŞ Ukrayna ordusuna yalnız sərhəddəki Rusiya hədəflərinə hücum etməyə icazə verdi.

“CNN” telekanalının iddiasına görə, Vaşinqtonun uzaqmənzilli zərbələrə icazə verməkdən boyun qaçırması eskalasiya riski ilə yox, ABŞ-nin Kiyevə ötürə biləcəyi məhdud raket ehtiyatına malik olması ilə bağlıdır. Bununla belə, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn bildirib ki, Rusiya cəbhəni genişləndirməyə çalışsa, Vaşinqtona Ukraynaya daha uzaq məsafəyə atəş açmağa icazə verəcək.

Ukraynaya hərtərəfli dəstək məsələsində ən qətiyyətli mövqe tutanlar sırasında yer alan Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson isə Qərbi Kiyevə “ATACMS” raketləri göndərməyə və onların istifadə dairəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb. Conson həmçinin bildirib ki, Ukrayna Krım körpüsünü dağıtmalıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Ukrayna  





Xəbər lenti