Qarabağdan gedən ermənilər Ermənistan vətəndaşlığı alırlar

   Qarabağdan gedən ermənilər Ermənistan vətəndaşlığı alırlar
  03 Sentyabr 2024    Oxunub:925
Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə çıxıb gedən 4300-dən çox erməni Ermənistan vətəndaşlığı üçün müraciət edib. Onlardan 3000-ə yaxını artıq vətəndaşlıq alıb.
AzVision.az xəbər verir ki, Ermənistanın Daxili İşlər nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəisi Armen Kazaryan parlamentin dövlət-hüquq məsələləri daimi komissiyasının iclasında belə məlumat açıqlayıb.

“Avqustun 30-na olan məlumata görə, Qarabağdan olan 4300-dən çox adamdan vətəndaşlıq almaq üçün müraciətimiz var. Ölkə prezidentinin fərmanı ilə artıq 3000-ə yaxın adam Erməmnistan vətəndaşlığını alıb. Burada vacib bir hal nəzərə alınmalıdır: yetkinlik yaşına çatmayanlar vətəndaşlıq üçün müraciət etmirlər, çünki valideynlərinə vətəndaşlıq verdikdən sonra azyaşlı pasportunu dəyişdirərək Ermənistannın vətəndaşı olur”, - Kazaryan deyib.

Onun sözlərinə görə, Qarabağdan köçmüş ermənilər üçün artıq sadələşdirilmiş prosedur tətbiq edilir. Vətəndaşlıq qanununa görə, 90 iş günü müəyyən edilib, bu, 4 aya yaxındır, amma Qarabağdan olanlar üçün bu proses orta hesabla iki ay çəkir.

- Bu sistemin tarixində heç vaxt olmayan və ilk dəfə istifadə etdiyimiz ikinci mühüm hal odur ki, bölgələrdəki bütün ərazi vahidlərimiz vətəndaşlıq üçün müraciətləri qəbul edir və bu, prosesi əhəmiyyətli dərəcədə sürətləndirir. Biz də prosesləri mümkün qədər sürətləndiririk. Məsələn, onların doğum haqqında şəhadətnaməsi ilə bağlı problem yarandıqda, biz Ədliyyə nazirliyindəki həmkarlarımızla birlikdə onları tez bir zamanda həll etməyə çalışırıq”, - erməni məmur deyib.

Sahil isgəndərov
AzVision.az


Teqlər: Kazaryan   ermənilər   vətəndaşlıq  





Xəbər lenti