Moskva Tayvanın təhrikçi bəyanatına cavab verib

Moskva Tayvanın    təhrikçi    bəyanatına cavab verib
  03 Sentyabr 2024    Oxunub:852
Rusiya və Çin hər hansı ərazi iddialarından imtina etdiklərini rəsmən bildiriblər. Ona görə də, marjinal siyasətçilərin bu məsələ ilə bağlı fikri Moskvanı maraqlandırmır.
AzVision.az xəbər verir ki, Rusioya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Tayvan administrasiyasının rəhbəri Lay Tsindenin Pekinin Rusiyanın Uzaq Şərqdəki torpaqlarını alması barədə bəyanatını şərh edərkən belə deyib.

“Revanşizm sindromlarına tutulmuş ayrı-ayrı marjinal siyasətçilərin fikirləri hər kəsi maraqlandıra bilər, amma bizi yox. Beləliklə, amerikalıların separatizmə təhrik etdiyi Lay istədiyi qədər “hürə” bilər. Bu nə ona, nə də Tayvan xalqına yaxşı heç nə gətirməyəcək”, - Rusiya XİN-in rəsmisi bildirib.

Zaxarova xatırladıb ki, Rusiya ilə Çin arasında hər hansı ərazi iddialarından qarşılıqlı imtina ikitərəfli münasibətlərin əsasını təşkil edən 16 iyul 2001-ci il tarixli mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilədə ehtiva olunub. 2004-cü il oktyabrın 14-də imzalanan və daha sonra Rusiya-Çin dövlət sərhədinin şərqü hissəsi haqqında Əlavə Sazişin ratifikasiyası ilə sərhəd nizamlanması məsələsində son nöqtə qoyulub.

- Bu mövqe Çin və Rusiyanın yüksək səviyyələrdə qəbul etdiyi bir sıra digər birgə sənədlərdə də təsdiqlənir. Rusiya ardıcıl olaraq vahid Çin prinsipinə sadiqdir və Pekin hökuməti Çinin yeganə legitim hökumətidir. Tayvan administrasiyasının rəhbəri Pekin adından hər hansı açıqlama vermək səlahiyyətinə malik deyil. Taybeyə isə yalnız özgənin mülkünə baxanda özünün qiymətini çox şişirtməməsini məsləhət görmək olar”, - rusiyalı diplomat vurğulayıb.


Mariya Zaxrova Lay Tsindeyə adanın iqtisadi problemləri ilə daha yaxından məşğul olmağı və Pekinin rəhbərliyinin adanın materikdəki Çinlə dinc birləşmə barədə təkliflərinə konstruktiv yanaşmağı tövsiyyə edib. O, Moskvanın Pekindəki dostlarının da eyni mövqedən çıxış etdiklərinə əmin olduğunu söyləyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rayvan   Rusiya   Çin  





Xəbər lenti