Azərbaycanda nə qədər əcnəbi tələbə təhsil alır?

   Azərbaycanda nə qədər əcnəbi tələbə təhsil alır?
  22 Sentyabr 2024    Oxunub:305
"2023-2024-cü tədris ilində Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində dünyanın 110 ölkəsindən 10.000-a yaxın beynəlxalq tələbə təhsil alıb".
Bu barədə AzVision.az -a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, tələbələr, əsasən, Türkiyə, İran, Gürcüstan, Pakistan, Hindistan, Rusiya, Nigeriya, Şri-Lanka, İraq, Suriya və digər ölkələri təmsil edirlər.

Qeyd edək ki, yeni tədris ilinə qəbul davam etməkdədir.

Ölkəmizdə yataqxana imkanı olmayan ali təhsil müəssisələri tərəfindən yeni qəbul olmuş beynəlxalq tələbələrə yerləşmə məsələlərində, eyni zamanda viza və miqrasiya prosesində əlavə texniki dəstək göstərilir.

Agentlikdən bildirildi ki, 2024-2025-ci tədris ilində Azərbaycanda təhsil alan beynəlxalq tələbələr haqqında statistik məlumatlar yaxın vaxtlarda açıqlanacaq.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: əcnəbitələbələr   təhsil   universitet  





Xəbər lenti