Lavrov: “Kiyev Ankaranın təklifindən imtina etdi”

   Lavrov: “Kiyev Ankaranın təklifindən imtina etdi”
  02 Sentyabr 2024    Oxunub:925
2024-cü ilin yazında Türkiyə taxıl müqaviləsini bərpa etməyə çalışdı. Moskva buna hazır idi, lakin Rusiyanın razılığından sonra Ukrayna bundan boyun qaçırdı.
AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun dediyinə görə, Türkiyənin təklifinə yeni şərt əlavə etmək istəyən Kiyev sonradan ümumiyyətlə geri addım atıb.

“Bu ilin yazında Türkiyə tərəfindən dəyişdirilmiş formatda ərzaq tədarükünün qorunmasına dair sazişi yeniləməyə cəhd edildi. Hazır idik. Son anda ukraynalılar dedilər ki, kommersiya gəmilərinə toxunmamaq öhdəliyinə əlavə olaraq bir bənd də, atom elektrik stansiyalarının təhlükəsizliyini qorumaq zərurətini yazaq. Açığı, yersiz görünürdü, amma biz buna razılaşdıq. Ərdoğan bizi bunun irəliyə doğru bir addım olacağına inandırdı”, - Lavrov deyib.

Rusiyanın Xarici İşlər naziri bildirib ki, həqiqətən də öz təklifində səmimi olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələdə fayda verməyə çalışırdı.

- Biz raızlaşdıq. Amma sonra bu təklifi verən ukraynalıların özləri dedilər ki, yox, bu onları qane etmir. Görünür, onların elə o vaxt atom elektrik stansiyalarını bombalamaq planları var idi”, - Rusiyanın Xarici İşlər naziri nəticə çıxarıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Lavrov   Türkiyə   Ukrayna  





Xəbər lenti