13 il əvvəl Bayden Putinə təsir etmək istəyib

   13 il əvvəl Bayden Putinə    təsir etmək    istəyib
  01 Sentyabr 2024    Oxunub:1274
2011-ci ildə ABŞ-nin o vaxtkı vitse-prezidenti Co Bayden Vladimir Putini prezident seçkilərində iştirakdan çəkindirməyə çalışıb.
AzVision.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitir Peskov belə deyib. Onun sözlərinə görə, dünya işlərində amerikalıların “biz Amerikanın nəyi və necə qane edəcəyini sizə danışacağıq” primitiv yanaşmasına meyllidir. Bu baxımdan, Putin həmişə ədəblə, lakin möhkəm şəkildə belə yanaşmaları kənarlaşdırıb.

Peskov qeyd edib ki, Putin digər ölkələrin liderlərinə münasibətdə nəzakətsiz olmadığından Baydenin onu “qatil” adlandırması ağlasığmaz idi.

“Prezident Putin həmkarları ilə bağlı açıqlamalarında həmişə son dərəcə diqqətli olur. Başqa dövlətlərin başçılarına qarşı nəinki tərbiyəsizliyə, heç kobudluğa da yol vermir. Təbii ki, başqa dövlətlərin başçılarının, xüsusən də ABŞ rəhbərinin həmkarı haqqında danışarkən öz lüğətlərində belə sözlər işlətməsi onun üçün anlaşılmazdır”, - Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.

Rusiya-ABŞ münasibətlərindəki ab-havaya toxunan Dmitri Peskov hazırda onların tarix boyu ən aşağı səviyyədə olduğunu bildirib. Özü də Vaşinqtonun apardığı siyasət üzündən bu münasibətlərin yaxşılaşması üçün heç bir perspektiv görünmür.

- Birləşmiş Ştatlar bir neçə onilliklər ərzində Rusiyanın maraqlarına hücum edir, Co Baydenin dövründə isə Moskvanın “səbr kasası” doldu. Birləşmiş Ştatlar Ukrayna münaqişəsində iştirakını artırır. Trampın isə ABŞ-nin rəhbəri seçiləcəyi təqdirdə Ukrayna münaqişəsini 24 saat ərzində həll edəcək sehrli çubuğu var”, - Kremlin sözçüsü bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Peskov   Bayden   Putin  





Xəbər lenti