Ukraynanın enerji sektoru ABŞ-nin hesabına bərpa olunacaq

“ABŞ-yə səfərimiz zamanı energetika əsas mövzulardan biri idi. Nazir müavini Devid M. Terklə birlikdə biz Ukraynanın enerji sisteminin bərpası üçün lazım olan təcili addımları müzakirə etdik. Hazırda Ukraynanın energetika infrastrukturunun 50%-dən çoxu Rusiyannın hava zərbələrindən zərər çəkib”, - Yuliya Sviridenko “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, ABŞ bu məqsədlə Kiyevə 800 milyon dollar həcmində yardım ayıracaq.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: ABŞ Ukrayna energetika