Ərdoğan Qarabağ şəhidlərinin ailə üzvləri ilə görüşüb

   Ərdoğan Qarabağ şəhidlərinin ailə üzvləri ilə görüşüb
  31 Avqust 2024    Oxunub:1222
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 30-da Ankarada Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb.
Görüş Milli Müdafiə Universitetinin Hərbi Akademiyasında diplomların təqdim edilməsi mərasimindən sonra baş tutub. Türkiyənin dövlət başçısı 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlara Allahdan rəhmət diləyib. Şəhid ailəsi üzvlərinin bir-bir əlini sıxan Ərdoğan, “Bütün şəhidlərimizin məkanı cənnət olsun” deyib.



Türkiyə lideri şəhid ailəsi üzvlərini Prezident Kompleksinin ərazisində Zəfər bayramı münasibətilə baş tutan konsert proqramına dəvət edib. Rəcəb Tayyib Ərdoğan daha sonra Azərbaycandan gələn heyət üzvləri ilə birgə şəkil çəkdirib.



Qeyd edək ki, Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərindən ibarət 30 nəfərlik qrup “YAŞAT” Fondu ilə “Türkiyə və Azərbaycan Sahibkar və Sənayeçiləri” İctimai Birliyinin (TÜİB) birgə həyata keçirdiyi “Qardaş ailə” proqramı çərçivəsində Ankarada səfərdədir.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti