Pakistanda son 48 ilin yağış rekordu: 260 ölü

Pakistanda son 48 ilin yağış rekordu:     260 ölü
  29 Avqust 2024    Oxunub:631
Pakistanda musson yağışlarının yaratdığı daşqınlar nəticəsində həyatını itirənlərin sayı 260-a yüksəlib.
AzVision.az xəbər verir ki, güclü yağış səbəbindən Heydərabad, Sanghar, Tando Allahyar, Tando Muhammad Xan, Jamshoro, Matiari, Badin və Mirpur Xas şəhərlərində məktəblər bağlanıb.

Təbii fəlakət nəticəsində Pakistanda həyat iflic olub. Müxtəlif ərazilərdə evlər dağılıb və ya ciddi zədələnib, körpülər yararsız hala düşüb.

Pakistanın Meteorologiya Departamenti növbəti bir neçə gün ərzində ölkə ərazisində daha güclü sel və daşqınların olacağı haqqında əhalini xəbərdar edib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Pakistan   yağış   musson  





Xəbər lenti