Durov 5 milyon avro girov müqabilində azadlığa buraxıldı

   Durov 5 milyon avro girov müqabilində azadlığa buraxıldı
  29 Avqust 2024    Oxunub:965
“Telegram” messencerinin yaradıcısı Pavel Durov məhkəmə nəzarəti altına alınıb. Fransa ərazisini tərk etmək qadağan olunan Durov 5 milyon avro məbləğində girov ödəməlidir.
AzVision.az xəbər verir ki, Paris prokurorluğunun bəyanatında həmçinin “Telegram” messencerinin yaradıcısının həmçinin həftədə iki dəfə polis idarəsinə baş çəkməli olduğu bildirilir.

Makronun Durova nə təklif etdiyi məlum olub
Avqustun 24-də Parisin “Le Burje” aeroportunda saxlanılan Pavel Durov altı cinayətdə, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham olunur. O, habelə uşaq pornoqrafiyasının yayılmasında, narkotik vasitələrin qanunsuz dövriyyəsində və dələduzluqda iştirakda günahlandırılır.

Bu cinayətlərin öz təsdiqini tapacağı halda “Telegram”ın təsisçisini 10 ilə qədər həbs cəzası gözləyir.

Fransada messencerin işi ilə bağlı ilkin istintaqa 2024-cü ilin fevralında başlanılıb. Durov əvvəllər elan edilmiş 12 cinayətdən altısında, o cümlədən hakimiyyətlə əməkdaşlıqdan imtinada ittiham olunurdu.

Qeyd edək ki, son bir neçə gündə Pavel Durovun Fransada saxlanılması ətrafında yaşanan müəmmalı məqamlar bunun arxasında bəzi ölkələrin və dairələrin xüsusi maraqlarının gizləndiyindən xəbər verir. Təsadüfi deyil ki, məşhur amerikalı jurnalist-teleaparıcı Taker Karlson Pavel Durovun saxlanılmasını Parisin ABŞ prezidenti Co Bayden administrasiyasının razılaşdırdığını iddia edib.

“Bu, böyük bir addımdır, mənim qədər bilikləri olmayan kənar bir şəxs üçün Makronun bunu Bayden administrasiyasının dəstəyi və ya ən azı razılığı olmadan edə biləcəyinə və ya edəcəyinə inanması çox çətindir”, - Taker Karlson “X” sosial şəbəkəsidəki səhifəsində yayımladığı video-materialda bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Durov   azadlıq  





Xəbər lenti