Durovun qardaşı axtarışa verilib

Durovun qardaşı axtarışa verilib
  28 Avqust 2024    Oxunub:778
Teleqram sosial şəbəkəsinin yaradıcısı Pavel Durovun qardaşı Nikolay Durov Fransada axtarışa verilib.
AzVision.az xəbər verir ki, bu
Durovun həbsi Rusiyaya ciddi zərbədir
barədə “Politico” məlumat verib.

Bildirilir ki, Fransa hakimiyyəti 2024-cü ilin martında Pavel Durov və onun qardaşı Nikolayın həbsinə order verib.

Qeyd edək ki, Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarəsindən enərkən saxlanılıb. O, terrorizm, fırıldaqçılıq və narkotik ticarəti ilə bağlı cinayətlərdə iştirakda ittiham edilir. Biznesmeni 20 ilə qədər həbs cəzası gözləyə bilər. Onun Fransaya Azərbaycandan gəldiyi məlum olub.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   PavelDurov   Rusiya   Fransa  





Xəbər lenti