AzVision.az bu barədə İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Əl-Sadiq İRNA-ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Pezeşkian İraqın baş naziri Məhəmməd əl-Sudaninin rəsmi dəvəti ilə sentyabrın ortalarında Bağdada səfər edəcək. Kazım Əl-Sadiq vurğulayıb ki, bu səfər zamanı İranın əvvəlki prezidenti İbrahim Rəisinin dövründə əldə edilmiş bəzi razılaşmaların imzalanması gözlənilir.
Səfir həmçinin Pezeşkianın səfərinin iki ölkə arasında münasibətlərin inkişafına və dərinləşməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Həmidə İbrahimova
AzVision.az