Seul da Durovun opponentləri cəbhəsinə keçdi

   Seul da Durovun opponentləri cəbhəsinə keçdi
  28 Avqust 2024    Oxunub:921
Cənubi Koreyanın prezidenti Yun Sok Yeol, “Telegram” çatlarında Cənubi Koreyadan olan qadınların saxta açıq-saçıq şəkillərinin və videolarının tez-tez tapılması barədə yerli medianın verdiyi məlumatlardan sonra rəqəmsal seks cinayətlərini hərtərəfli araşdırmağa çağırıb.
“Reuters” agentliyinin yaydığı məlumata görə, dövlət media tənzimləyicisi olan Rabitə Standartları Komissiyası avqustun belə məzmunlar və onların yayıcıları ilə mübarizə tədbirlərini müzakirə etmək üçün avqustun 28-də iclas keçirməyi planlaşdırır.

“Bu, anonimliyin qorunmasına əsaslanan texnologiyanın istismarıdır. Bu açıq-aşkar cinayətdir”, - Yun Sok Yeol deyib.

Lakin ümumilikdə sosial şəbəkələrdən danışan Cənubi Koreya prezidenti birbaşa “Telegram”ın adını çəkməyib.

Cənubi Koreya polisinin məlumatlarına istinad edən “Reuters” bildirir ki, bu ilin ilk 7 ayı ərzində “dipfeyk”dən istifadə olunmaqla 297 onlayn cinayət hadisəsinin törədildiyi qeydə alınıb. Bu rəqəm isə keçən illə müqayisədə təxminən iki dəfə çoxdur. Koreya Müəllimlər və Təhsil İşçiləri Həmkarlar İttifaqı məktəblilərin “Telegram” çatlarında manipulyasiya qurbanına çevrildiyi bəzi hallar barədə xəbər verib.

Həmçinin, Orduda Seksual Zorakılıq Qurbanlarına Dəstək Mərkəzi “Telegram” çatlarında oxşar saxtakarlıqlardan əziyyət çəkən qadın hərbi qulluqçular haqqında məlumat yayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Seul   Durov   araşdırma  





Xəbər lenti